
Gəncədə ağır QƏZA: Ata öldü, övladı yaralandı - FOTO - VİDEO
Qəzalar
4 Aprel 2025 09:07
Oxunub 336

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.
İlkin məlumata görə, VAZ-2106 markalı maşınla BMW markalı avtomobil toqquşub.
Qəza nəticəsində 1973-cü il təvəllüdlü Talıb Cabbarov ölüb. Avtomobildə olan qızı Gülnarə Cabbarova (2006) xəstəxanaya çatdırılıb. Onun müalicəsi davam edir.
Qəzada digər şəxslər - Münasib Hüseynov (1993), Zülfiyyə Hüseynova (1999) yaralanıblar.
Faktla bağlı araşdırma başlanılıb.
Həmin görüntüləri təqdim edirik:
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR