Gəncədə 17 yaşlı motosikletçini minik avtomobili vurub – VİDEO

Gəncədə 17 yaşlı motosikletçini minik avtomobili vurub.
Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə Rüzigar Qasımov küçəsinin kəsişməsində baş verib. Motosikletlə hərəkət edən Ömər Mətləb oğlu Şabanovu minik avtomobili vurub.
Öncədən səsləndirilən iddiaların əksi olaraq hadisəni törədən kişidir. Buna dair videomüşahidə kameralarının görüntüləri mövcuddur.
Qeyd edək ki, ağır vəziyyətdə Gəncə Memorial Hospitala çatdırılan gəncin ayağı topuqdan aşağı hissəyə – pəncəsinə mil yeridilərək implantlarla yığıldıqdan sonra artıq tikilib. Onu ziyarət etməyə hələ icazə verilmir.
Ömər Şabanbov bundan sonra 3 dəfə də əməliyyat ediləcək. Dəri və sümüyün nəqli əməliyyatı həyata keçirilməlidir. Reabilitasiya müddəti isə 6 ay müəyyən edilib.
Məsələyə dair redaksiyamıza açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, müvafiq ekspertiza təyin olunub. Nəticələrdən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Müsavat funksionerinin 26 yaşlı oğlu qəzada həlak oldu - FOTO
Tovuzda sərnişin avtobusu avtomobillə toqquşdu, xəsarət alan var - FOTOLAR
Sərxoş sürücü qəza törətdi - FOTOLAR
Oğuzda yük və minik avtomobilləri toqquşdu - YENİLƏNİB
Məşhur müğənninin həyatına son qoyan təyyarə qəzasının VİDEOsu
İzmir-İstanbul avtomagistralında zəncirvari qəza: ölən var
“BakuBus”a məxsus sərnişin avtobusu qəzaya düşüb - VİDEO
Zaqatalada "Chevrolet" aşıb, ölən və yaralanan var
Otuz nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada azı dörd nəfər ölüb
Dumanlı hava ahıl sürücünün həyatına son qoydu - VİDEO
Tərtərdə ağır qəza oldu - Ölən var - VİDEO











