Gəncədə qumbara partladıldı, ölənlər və yaralılar var

Gəncədə qumbaranın partladılması nəticəsində ölənlərin adları məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə Şəhər Prokurorluğundan anspress-ə verilən məlumata görə, Elbrus Allahverdiyev küçəsindəki çayxanada baş verən partlayış zamanı şəhər sakinləri -1972-ci il təvəllüdlü Məhərrəm Əhmədov və qardaşı oğlu 1985-ci il təvəllüdlü Taleh Əhmədov dünyasını dəyişiblər.
“F-1” tipli qumbaranı Məhərrəm Əhmədovun partlatdığı bildirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda CM-in 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi açılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.
Saat 10:38
Gəncədə qumbaranın partladılması nəticəsində yaralananların adları məlum olub. ANSPRESS-in məlumatına görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Onlar 1994-cü il təvəllüdlü Orxan Mirzəyev, 1998-ci il təvəllüdlü Nəriman Əhmədov və 1975-ci il təvəllüdlü Sadiq Əhmədovdur.
Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə Abbas Səhhət adına xəstəxanaya çatdırılıblar. Hər üç şəxsin vəziyyəti qənaətbəxşdir.
Saat 09:40
Gəncədə qumbara partladılıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Kəpəz Rayon Polis İdarəsinin yaxınlığında qeydə alınıb. Şəhər prokurorluğundan verilən məlumata görə, partlayış zamanı iki nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Hadisənin çay evində mübahisə edən şəxslər arasında yaranan mübahisə zəminində törədildiyi bildirilir. Mübahisə edən şəxslərdən biri özü ilə gətirdiyi qumbaranı partladıb.
Hazırda morqda meyitlərin ekspertizası aparılır.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Salyanda qəza oldu - Xəsarət alanlar var
Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəza törətdi
Toydan qayıdan sərxoş kişi avtomobili aşırdı, 11 yaşlı oğlu öldü: Qəbələdəki qəzanın TƏFƏRRÜATI
Ata Abdullayev QƏZAYA DÜŞDÜ – VİDEO
Yolayrıcında qayda pozan sürücü qəzaya səbəb oldu – VİDEO
Bakıda skuterlə qadını vuran şəxs qaçdı, polis axtarışa başladı - VİDEO
Ödənişli yolda qarpız dolu TIR aşdı - FOTOLAR - VİDEO
Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR
İki avtomobil toqquşdu - Ölən və yaralanan var
"Nissan"la toqquşan “KİA” səkidə iki məktəblini vurdu; 14 yaşlı qızlar ağır yaralandı - VİDEO
Sabunçuda ağır qəza; avtobus “VAZ”a çırpıldı - VİDEO










