Gəncədə sərnişin mikroavtobusu 6 maşınla toqquşub

Qəzalar 5 Sentyabr 2024 18:54 Oxunub 110
Gəncədə sərnişin mikroavtobusu 6 maşınla toqquşub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhərdə 2 saylı xətt üzrə işləyən "Hyundai" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq "Niva", "Mitsubishi", "Chevrolet" və daha 3 "Hyundai" markalı minik maşınına çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.

Ərazidə qısa müddətli tıxac yaranıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, yolda hərəkət bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh