Gəncədə yol qəzası baş verib, biri körpə olmaqla üç nəfər xəsarət alıb

Qəzalar 13 Mart 2026 18:45
Gəncədə yol qəzası baş verib, biri körpə olmaqla üç nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncədə "Reno" və "Ford" markalı maşınların toqquşması nəticəsində yol qəzası baş verib. Biri körpə üç nəfər xəsarət alıb.

Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, 2001-ci il təvəllüdlü Lalə Məhərrəmova, 1960-cı il təvəllüdlü Bəxtiyar Həsənov və 2025-ci il təvəllüdlü Ramal Məhərrəmov xəsarət alıb.

Yaralılar Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Oxunub : 82
ŞƏRH YAZ
Ad

E-mail

Şərh