Gəncədə yüklə dolu “Qazel” park edilmiş maşınların üzərinə aşdı - VİDEO
Qəzalar
13 Oktyabr 2025 15:30
Oxunub 794

Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 11-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan yüklə dolu “Qazel” markalı yük maşını park edilmiş 20-DZ-060 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı və 99-TR-857 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillərin üzərinə aşıb. Hadisə nəticəsində hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, qəzadan sonra yolda bir müddət sıxlıq yaranıb. Əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ














