Gəncədə zəncirvari qəza: “Chevrolet”, “Mercedes və “Skoda” toqquşdu - VİDEO
Qəzalar
29 Avqust 2025 15:30
Oxunub 1118

Gəncə şəhəri, Gülüstan qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 28-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Chevrolet Malibu”, “Mercedes” və “Skoda” markalı avtomobillər toqquşub. İddialara əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Hadisə nəticəsində hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib, sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma davam edir.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














