Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var - YENİLƏNİB

Gəncədə baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər evə buraxılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində üç nəfər (bir qadın, iki kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar./oxu.az
***11:41
Gəncə şəhərində zəncirvari qəza olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.
KIA, VAZ-2107 və "Ford Fusion" markalı avtomobillərin toqquşması nəticəsində 1986-cı il təvəllüdü Ülviyyə Rəsulova, 1995-ci il təvəllüdlü İlham Ələkbərov və 2008-ci il təvəllüdlü Mayıl Muradov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO












