“Gənclik”də ağır qəza: 3 maşın toqquşdu, yaralılar var - VİDEO

Paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində (“Gənclik” metrosunun yaxınlığında) yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədli məlumat verib.
Bildirilib ki, qəza mayın 14-də saat 14:00 radələrində qeydə alınıb. Hərəkətdə olan 99-TT-509 dövlət nömrə nişanlı “Lexus” markalı, 77-UL-354 dövlət nömrə nişanlı "BYD" markalı və 77-SH-954 dövlət nömrə nişanlı “Hyundai Tucson” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Qəza zamanı “Lexus”un sürücüsü və avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sükan arxasında sıxılı vəziyyətdə qalan sürücü əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avtomobildən çıxarılıb.
Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım briqadası və FHN qüvvələri cəlb olunub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Nərmin
Qəzada ölən qardaşların valideynləri də vəfat edibmiş
Sabunçuda “Nissan” tunelin divarına çırpıldı - VİDEO
"BMW" ağaca çırpıldı - 7 nəfər öldü
Sumqayıtda təhlükəli anlar: Sürücü avtobusun önündən çıxan piyadanı vurmasa da… - VİDEO
Bakıda zəncirvari qəza olub - VİDEO
Sumqayıtda qəza: “Chevrolet”lə toqquşan “KIA” səkiyə çıxdı - VİDEO
Bakıda ara məsafəsini gözləməyən sürücülər qəzaya düşdü - VİDEO
İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər
Ağır qəzada ölən 48 yaşlı İbrahimin FOTOsu
Pikap məktəbli avtobusuna çırpıldı – Köməyə xilasedicilər gəldi - VİDEO
Sabirabadda AĞIR QƏZA: 7 nəfər xəsarət aldı - YENİLƏNİB








