“Gənclik”də ağır qəza: 3 maşın toqquşdu, yaralılar var - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, mayın 14-ü saat 14:15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Nərimanov rayonu, Həsən Əliyev küçəsindən çağırış qeydə alınıb:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1984-cü il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Sağ bazu sümüyünün sınığı diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir".
***15:00
Paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində (“Gənclik” metrosunun yaxınlığında) yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədli məlumat verib.
Bildirilib ki, qəza mayın 14-də saat 14:00 radələrində qeydə alınıb. Hərəkətdə olan 99-TT-509 dövlət nömrə nişanlı “Lexus” markalı, 77-UL-354 dövlət nömrə nişanlı "BYD" markalı və 77-SH-954 dövlət nömrə nişanlı “Hyundai Tucson” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Qəza zamanı “Lexus”un sürücüsü və avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sükan arxasında sıxılı vəziyyətdə qalan sürücü əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avtomobildən çıxarılıb.
Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım briqadası və FHN qüvvələri cəlb olunub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Nərmin
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












