Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi

Şabran rayonunun Dəvəçi kəndində bir nəfərin ölümü, 2 nəfərin də yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş sürücü hakim qarşısına çıxarılıb. Sürücü məhkəmə zalında həbs edilib.
Avtosfer.az xəbər verir ki, qəza zamanı “Shacman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşmuşdu.
“Mercedes” markalı avomobildə sərnişin qismində olanlar Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları olub.
Onlar 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlu olub. Qəza zamanı Vahid Əmirli hadisə yerində dünyasını dəyişib. Adı çəkilən şəxslər taksi ilə Samur Gömrük Postuna işə gedirmişlər.
“Mercedes”in sürücüsü 1984-cü il təvəllüdlü İlqar Abdullayev də hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Aparılan istintaqla qəzanın baş verməsində səbəbkar İlqar Abdullayevin olduğu müəyyən edilib. Cinayət məsuliyyətinə cəlb edilən İlqar Abdullayev barəsində istintaq zamanı polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Məhkəmədə ifadə verən İlqar Abdullayev bildirib ki, qəzanın baş verməsinə səbəb qarşıdakı yük maşınının anidən sol zolağa çıxması olub. Bu səbəbdən arxadan yük maşınına çırpılıb.
Onun sözlərinə görə, xəstəxanada ayılan zaman sərnişinlərdən birinin öldüyündən xəbərsiz olub: “Vəziyyətim yaxşı olmadığına görə mənə demirdilər”.
Əməlindən peşman olduğunu deyən İlqar Abdullayev zərərçəkmiş tərəflə barışıq əldə edə bilməyib.
Mərhum Vahidin bir azyaşlı övladı var imiş. Məhkəmədə ifadə verən Vahidin atası təqsirləndirilən şəxsdən şiakyətçi olduğunu, cəza təyin edilməsini istəyib. Digər zərərçəkmiş şəxslər də İlqar Abdullayevdən şikayətçi olub.
Məhkəmənin hökmü ilə İlqar Abdullayev barəsində 5 il 1 ay həbs cəzası təyin edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edlib.(musavat)
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











