Banner

Goranboyda ağır qəza: ata və övladı öldü - YENİLƏNİB

Qəzalar 2 Yanvar 2026 12:00 Oxunub 370
Goranboyda ağır qəza: ata və övladı öldü   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

01.01.2026-cı il tarixində saat 23:30 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1-i kişi, 2-si qadın olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

 Xəsarət alan şəxslərdən 2 nəfərə (qadın) zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 23:50 radələrində 2009-cu il təvəllüdlü yeniyetmənin ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

***09:26
Goranboyda minik maşınının aşması zamanı ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

Avtosfer.az xəbər verir ki, ölənlər Goranboy rayonun Kələk kənd sakinləri - sürücü 1986-cı il təvəllüdlü A.Hüseynov və onun övladı 2008-ci il təvəllüdlü S.Hüseynovdur.  Qəzada xəsarət alanlar isə sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü L.Əliyeva və 2014-cü il təvəllüdlü Y.Hüseynovadır.

Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir.

***

Goranboyun Nadirkənd kəndində baş verən yol qəzasında xəstəxanaya yerləşdirilən yaralılardan biri dünyasını dəyişib. 

Avtosfer.az xəbər verir ki, bununla da ölənlərin sayı 2 nəfərə çatıb, digər yaralılının müalicəsi isə davam edir.

Faktla bağlı araşdırma aparılır.

***

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Nadirkənd kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, daha 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh