Banner

Goranboyda avtomobil aşdı, ölənlər var - YENİLƏNİB

Qəzalar 26 Avqust 2025 10:23 Oxunub 1216
Goranboyda avtomobil aşdı, ölənlər var   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

"Avqustun 26-sı saat 01:10-da Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bir nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1996-cı il təvəllüdlü şəxsə başın və döş qəfəsinin dəqiqləşdirilməmiş travması diaqnozu təyin olunub.

Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir, deyə məlumatda qeyd olunub.

***09:18

Goranboy rayonu ərazisində minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Avtosfer.az report-a istinadən xəbər verir ki, qəza nəticəsində 1989-cu il təvəllüdlü A.Həsənov aldığı xəsarətlərdən ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü F.Zeynalov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh