Goranboyda avtomobillər toqquşdu, ÖLƏN var - YENİLƏNİB

Goranboyda baş verən qəzada ağır xəsarət alan yeniyetmə xəstəxanada ölüb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, ölən şəxs 2013-cü il təvəllüdlü Y. Mustafayevdir.
***31 avqust, 23:26
31.08.2025-ci il tarixində saat 21:00 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (2-si qadın, 5 -i kişi cinsli ) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Avtosfer.az-a verilən məlumata görə, onlara kəllə-beyin travması, daxili qanaxma və müxtəlif nahiyələrin sınığı diaqnozları təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.
Vəziyyətləri ağır qiymətləndirilən şəxslərdən 6 nəfər Gəncə şəhərində fəaliyyət göstərən özəl tibb müəssisəsinə təxliyə olunub.
2004-cü il təvəllüdlü (kişi cinsli) şəxsin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
***23:00
Goranboy rayonunda yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, rayonun Balakürd kəndində “VAZ” və “Mercedes” markalı avtomobillərinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***22:24
Goranboyda baş verən qəzada 7 nəfər xəsarət alıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, xəsarət alanların kimlikləri dəqiqləşdirilir.
***21:16
Goranboyda yol qəzası olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Balakürd kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Fakt araşdırlır.
Sovet Azərbaycanında vətəndaşların bixəbər olduğu təyyarə qəzası - FOTO
Qəbələdə AĞIR QƏZA: Heydər İsrafilov ÖLDÜ
ABŞ-də jurnalistlər olan vertolyotda QƏZA: ÖLƏNLƏR VAR
Sumqayıtda ağır qəza - ÖLƏN var
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO










