Goranboyda daha bir ağır qəza - 4 nəfər yaralanıb

Gecə saatlarında Goranboyun Dəliməmmədli qəsəbəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib. "Mercedes-Benz" markalı avtomobilin yol kənarındakı maneə çırpılması nəticəsində 4 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım maşını ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Dərhal həkimlər tərəfindən əməliyyata alınan yaralılardan ikisi - 1996-cı il təvəllüdlü İbarahimova Əfsanə Sədrəddin qızı və 1989-cu il təvəllüdlü, Mustafayeva İlahə Naqil qızı travmatologiya şöbəsinə yerləşdiriliblər. Digər yaralılar - 1985-ci il təvəllüdlü, Tağıyeva Esmira Eldar qızının və 1985-ci il təvəllüdlü Mustafayev Xəyal Akif oğlunun vəziyyəti ağır olduğundan onlar Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə köçürülüblər.
İlkin ehtimala görə, qəzaya səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Report
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












