Goranboyda iki avtomobil toqquşdu: 7 yaralı

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Abbasqulular kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Onlar “Mercedes”in sürücüsü Veyisli kənd sakini, 1951-ci il təvəllüdlü Xəlilox Eldar Hüseyn oğlu, sərnişinlər - 1979-cu il təvəllüdlü Xəlilova Elnarə Sərdar qızı, 2009-cu il təvəllüdlü Xəlilova Gülsabə Eldar qızı, 2011-ci il təvəllüdlü Xəlilov Cəsur Eldar oğlu və 1957-ci il təvəllüdlü Qasımlı Kifayət Səfər qızı, “VAZ 21015”in sürücüsü, 1973-cü il təvəllüdlü Razim Rəcəbov, onun sərnişini, 1971-ci il təvəllüdlü Aybəniz Əliyevadır. Onlardan 6 nəfərə tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar. Yalnız sürücü E. Xəlilovun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












