Goranboyda iki maşın toqquşdu - 5 nəfər xəsarət aldı - YENİLƏNİB

Goranboyda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, martın 5-də, saat 08:45-də Goranboy rayonu Xanqərvənd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan beş nəfər (kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədən müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti ağır, ikisinin orta ağır, digər iki nəfərin səhhəti isə stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir./oxu.az
***10:09
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ 21011"ilə "Nissan" markalı avtomobillər toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətlərinin kafi olduğu bildirilib.
Xəsarət alanlar 2003-cü il təvəllüdlü R.Şükürov, 2008-ci il təvəllüdlü İ.Furidinli, 1955-ci il təvəllüdlü M.Kərimov, 2002-ci il təvəllüdlü N.Məmmədov və 1990-cı il M.Baxışəliyevdir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./unikal
Dəhşətli qəzada ölənlər toydan gəlirmişlər - TƏFƏRRÜAT
Abşeronda sərxoş qadın sevgilisinin avtomobilini qaçırıb qəza törətdi
Yol polisindən qaçan sürücü qəza törətdi – Sərxoş imiş - VİDEO
“Lexus” beton arakəsmələri dağıdıb 8 maşını əzdi – Sürücü və sərnişinlər öldü - FOTO - VİDEO
Sulutəpə dairəsində qəza: Yük maşını aşıb avtobusa çırpıldı - VİDEO
Suraxanıda DƏHŞƏTLİ QƏZA: hər iki sürücü səhvə yol verib - VİDEO - YENİLƏNİB
Mikroavtobus aşdı; ölən və yaralananlar var
Salyanda qəza oldu - Xəsarət alanlar var
Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəza törətdi
Toydan qayıdan sərxoş kişi avtomobili aşırdı, 11 yaşlı oğlu öldü: Qəbələdəki qəzanın TƏFƏRRÜATI
Ata Abdullayev QƏZAYA DÜŞDÜ – VİDEO








