Goranboyda yol qəzası nəticəsində 4 nəfər yaralanıb

Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Hadisə dövlət qeydiyyat nişanı 32-BA-928 olan "VAZ-2106" markalı avtomobillə 20-BJ-016 dövlət qeydiyyat nişanlı "VAZ-21015"in toqquşması nəticəsində qeydə alınıb. Qəza zamanı iki nəfər - Goranboy rayon sakinləri, 1989-cu il təvəllüdlü Əliyev Vüqar Çingiz oğlu və 1982-ci il təvəllüdlü Mollayev Boris Mikayıl oğlu xəsarət alaraq Gəncə şəhət Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların hər ikisi Hər ikisi "VAZ-21015" markalı avtomobildə olub. Yaralılardan birinin vəziyyəti ağır, digərininki isə orta-ağırdır. Digər avtomaşında olan iki nəfərin isə xəsarətləri yüngül olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Report
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












