Goranboyda yük avtomobili obyektə çırpıldı - YENİLƏNİB

07.09.2025-ci il tarixində saat 17:10 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1 nəfər (kişi cinsli olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən Avtosfer.az-a verilən məlumata görə, ona belin küt travması diaqnozu təyin olunub.
Hazırda müalicəsi Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti kafi olaraq qiymətləndirilir.
***
Goraboyda yük maşının qəza törədməsinin bəzi detalları məlum olub.
Avtosfer.az xəbər verir ki, unikal.az-a istinadən, Türkiyə vətəndaşı, 2002-ci il təvəllüdlü Ş.T.Əli oğlu idarə etdiyi "Mercedes" markalı TIR-la Bakı-Qazax yolunun Gəncə istiqamətində hərəkətdə olarkən sükan arxasında idarəetməni itirib. Nəticədə yük maşını dəmir arakəsməni aşaraq yolun əks istiqamətinə keçib və yol kənarında dayanmış, sahibi hələlik məlum olmayan VAZ 2104 markalı avtomobili vurub. Daha sonra nəqliyyat vasitəsi Goranboy şəhər sakini, 1965-ci il təvəllüdlü T.Xəlilovaya məxsus mağazaya çırpılıb.
Hadisə zamanı mağazada xəsarət alan olmayıb.
TIR sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.
***
Goranboyda yük avtomobili obyektə çırpılıb.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.
Yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı obyektə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü piyada keçidində ana və uşaqlarını vurdu – VİDEO
Qəfil maşının önünə çıxan piyada qəzaya səbəb oldu - ANBAAN VİDEO
Qarlı havada iki “VAZ” toqquşdu, biri dərəyə düşdü - VİDEO
Qaraçuxurda qəza: “Nissan”la toqquşan “Chevrolet” aşdı - VİDEO
Buzlu yolda sürüşən maşın aşdı - VİDEO
Atyalında yük maşını 3 avtomobilə dəydi, biri marketə çırpıldı - VİDEO
Bakıda avtobuslar toqquşdu - VİDEO
Buzlu yolda idarəetməni itirən maşınlar qəzadan son anda yan keçdi - VİDEO
Buzlu yol qəzaya səbəb oldu - Kənar dairəvi yolunda sıxlıq yarandı - FOTOLAR
Yağışlı havada idarəetməni itirən yük avtomobili qəza törətdi - VİDEO
Pedalların yerini səhv salan yaşlı qadın 7 avtomobilə zərər vurdu – 4 nəfər xəsarət aldı - VİDEO











