Göyçayda avtomobil aşdı: 2 nəfər ölü

Göyçay rayonunda ağır avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 13:30 radələrində Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində qeydə alınıb. “Mersedes” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində iki nəfər ölüb, bir nəfər ağır xəsarət alıb. Göyçay rayonu Ərəbşahverdi kənd sakini, 1990-cı il təvəllüdlü Rüstəmov Elman Şükür oğlu hadisə yerində, 1980-ci il təvəllüdlü Şıxıyev Zaur Tehmiraz oğlu isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Rayonun Mallı-şıxlı kənd sakini, 1996-cı il təvəllüdlü Məcidov Sənan Əhliman oğlu ağır bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












