Göyçayda avtomobil piyadanı vuraraq öldürüb - FOTO - YENİLƏNİB

Göyçayda piyadanın ölümü ilə nəticələnən qəzanın yeni detalları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, dünən saat 22 radələrində Göyçay şəhəri ərazisində Yasin Yaqubov idarə etdiyi VAZ markalı avtomobillə yolu keçən piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub.
Piyada zərbənin təsirindən yolun əks istiqamətinə yıxılıb və hərəkətdə olan "Opel" markalı avtomobil onun üzərindən keçib.
E.Hüseynov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
***18 may, 23:40
Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın "APA"ya istinadən xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Sürücü Yasin Yaqubovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub.
Piyada xəstəxanaya çatdırılıb. Lakin aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.




Tovuzda "Chevrolet" işıq dirəyinə çırpılıb, xəsarət alan var - FOTOLAR
Kürdəmirdə qadın sürücü "Prado"nu aşırdı, xəsarət alanlar var - FOTOLAR
Nərimanovda motosiklet maşına çırpıldı
Marneulidə toy karvanında qəza - 3 nəfər ÖLDÜ - FOTO
Sürücü 91 yaşlı qadını vurub öldürdü – “Görmədim, tələsirdim” dedi - VİDEO
Paytaxtın mərkəzində iki avtomobil toqquşub - VİDEO
Prospektdə ard-arda qayda pozan sürücü sonda qəza törətdi - ANBAAN VİDEO
Türkiyədə ağır qəza - Ölənlər var - FOTO
Qubada 3 maşın toqquşdu, biri aşdı - VİDEO - YENİLƏNİB
Avtomobili qaz xəttinə çırpıldı - 160 abonent qazsız qaldı - FOTO
Yük maşınına çırpılan “Chevrolet” dərəyə düşdü - VİDEO











