Göyçayda avtomobillər toqquşub, bir ailənin 3 üzvü xəsarət alıb

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Ə.Kərim küçəsində qeydə alınıb. “VAZ 2106” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay şəhərinin Ə.Kərim küçəsindəki dalan 4, ev 7 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Əliyev Etibar Ehtiram oğlu və bacısı 1986-cı il təvəllüdlü Mustafayeva Lalə Ehtiram qızı və qardaşı qızı 2014-cü il təvəllüdlü Mustafayeva Məryəm Zaur qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onlara ilkin tibbi yardım göstərib, hazırda müalicə olunurlar.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO










