Banner

Göyçayda “Mercedes”lə toqquşan yük maşını alovlandı, 1 nəfər xəsarət aldı - VİDEO

Qəzalar 18 Noyabr 2025 11:30 Oxunub 578
Göyçayda “Mercedes”lə toqquşan yük maşını alovlandı, 1 nəfər xəsarət aldı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Göyçay şəhəri, Natavan küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 17-də axşam saatlarında qeydə alınıb. Belə ki, 24 yaşlı Xəqani Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil, 60 yaşlı Bağır Feyzullayevin idarə etdiyi “Qazel” markalı yük maşınıyla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə zamanı xəsarət alıb. Qəza zamanı “Qazel”də yanğın baş verib və FHN əməkdaşları tərəfindən söndürülüb.  

Faktla bağlı araşdırma aparılır.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh