Göyçayda qəzaya uğrayan VAZ kanala düşdü: Sürücünün meyiti tapıldı - VİDEO - YENİLƏNİB

Göyçay rayonu, Kürdəmiş kəndində VAZ-2106 markalı avtomobilin su kanalına düşməsi nəticəsində itkin düşən sürücünün meyiti tapılıb.
Avtosfer.az bununla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu tərəfindən 1942-ci il təvəllüdlü Ağalar Şamil oğlu Osmanovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***14:54
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu VAZ-2106 markalı avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.
Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
Avtosfer.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, axtarılan şəxs VAZ-ın sürücüsü, 84 yaşlı Ağalar Osmanovdur.
***12:06
Göyçada yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Göyçayın Cəyirli kəndi ərazisində qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı avtomobil əvvəlcə KIA markalı maşınla toqquşub, daha sonra su kanalına düşüb.
Avtomobilin kanaldan çıxarılması üzrə işlər davam etdirilir./oxu.az
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev












