Göyçayda “VAZ 2106” və 6 otaqlı ev yandı

Göyçay rayonunda yanğın hadisəsi baş verib. APA-nın xəbərinə görə hadisə bu gün axşam saat 19:00 radələrində Göyçayın Qaraxıdır kəndində qeydə alınıb. Kənd sakini Abdullayev Əliyar Ağalar oğluna məxsus iki mərtəbəli 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ümumi sahəsi 480 kvadratmetr olan evin 56 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi yanğınsöndürənlər tərəfindən alovdan mühafizə edilib. Hadisə zamanı mənzilin birinci mərtəbəsində dayanmış ev sahibinə məxsus 09-BC-190 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili yanaraq yararsız hala düşüb. Məlumata görə, yanğın zamanı ailə üzvləri evdə olmayıb. Hadisə barədə yanğından mühafizə hissəsinə qonşular məlumat veriblər. İlkin ehtimala görə evin alt hissəsindəki minik avtomobili qısa qapanma nəticəsində yanıb və alov tədricən mənzilə keçib.
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










