Göyçayda yol qəzası - 3 yaralı

Göyçayda minik və yük avtomobilləri toqquşub, ağır xəsarət alanlar var. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində, rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb. “VAZ 2107” markalı minik avtomobilinin “Kamaz” markalı yük avtomobili ilə toqquşması nəticəsində Göyçayın Birinci Ərəb kənd sakinləri, 1991-ci il təvəllüdlü Hacıyev Sadiq Əvəz oğlu, 1983-cü il təvəllüdlü Eyyubov Asiman Ələmdar oğlu, Ucarın Lək kənd sakini, 1964-cü il təvəllüdlü Əhmədov Ağamir Səftər oğlu ağır bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yaralılardan ikisi reanimasiya şöbəsindədir, vəziyyətləri ağırdır.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












