Göyçayda yoldan çıxan “Mercedes” dayanmış avtomobilə çırpıldı - VİDEO
Qəzalar
3 Noyabr 2025 16:30
Oxunub 1016

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 2-də axşam saatlarında Ləkçıplaq kəndində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil, 77-MA-839 dövlət nömrə nişanlı digər “Mercedes” markalı nəqliyyat vasitəsilə toqquşub. İlkin məlumata əsasən, qəzaya hərəkətdə olan avtomobilin qarşısına qəfil heyvanın çıxması səbəb olub. Nəticədə idarəetməni itirən sürücü maşını yol kənarında dayanmış avtomobilə çırpıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Qeyd edək ki, əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ














