Banner

Göyçayda zəncirvari qəza olub, bir nəfər xəsarət alıb - FOTO - VİDEO

Qəzalar 28 Yanvar 2026 22:30
Göyçayda zəncirvari qəza olub, bir nəfər xəsarət alıb - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Göyçayda 3 maşının iştirakı ilə yol qəzası olub. Avtosfer.az xəbər verir ki, hadisə Göyçay-Bərgüşad yolunda qeydə alınıb. Belə ki, qəza zamanı iki eyni model VAZ-2107 markalı avtomaşınlar və “Ateko” markalı yük maşını toqquşub. Nəticədə VAZ-2107-də olan bir nəfər qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb.  Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Mərkəzi xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.


Göyçayda zəncirvari qəza olub, bir nəfər xəsarət alıb - FOTO/VİDEO

Oxunub 204
ŞƏRH YAZ
Ad

E-mail

Şərh