Göyçayda zəncirvari qəza, yaralılar var - YENİLƏNİB

Göyçay rayonunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00-da Göyçay-Bərguşad yolunun rayonun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Göyçay rayon sakini, 1999-cu il təvəllüdlü İsmayıl Aqil oğlu Abışovun idarə etdiyi "Mercedes" markalı 99-BL-167 dövlət nömrə nişanlı avtomobillə 1993-cü il təvəllüdlü İsmət Ağamehdi oğlu Mehdizadənin idarə etdiyi "Ford" markalı, 90-FE-648 dövlət nömrə nişanlı və Göyçay sakini, 1971-ci il təvəllüdlü Qadir Nəriman oğlu Salmanovun idarə etdiyi QAZ-53 markalı 23-BF-332 dövlət nömrə nişanlı avtomobillər toqquşub.
Hadisə nəticəsində "Mercedes"in sürücüsü İsmayıl Abışov və "Ford"da olan sərnişin - İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü Hikmət Zünhar oğlu Kərimov xəsarət alıblar.
***17:03
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Göyçay şəhərinin ərazisində qeydə alınıb.
"Mercedes-Benz" markalı avtomobil qarşıdan gələn "Ford" markalı avtomobil və QAZ-53 markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində "Mercedes-Benz"in sürücüsü, Göyçay rayon sakini, 1999-cu il təvəllüdlü İsmayıl Abışov və "Ford"un sərnişini, İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü Hikmət Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Sovet Azərbaycanında vətəndaşların bixəbər olduğu təyyarə qəzası - FOTO
Qəbələdə AĞIR QƏZA: Heydər İsrafilov ÖLDÜ
ABŞ-də jurnalistlər olan vertolyotda QƏZA: ÖLƏNLƏR VAR
Sumqayıtda ağır qəza - ÖLƏN var
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO










