Göyçayda zəncirvari qəza zamanı xəsarət alanların vəziyyəti açıqlandı - FOTO

Göyçay-Bərguşad yolunun rayonun Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib. Qeyd olunub ki, sentyabrın 1-i, saat 16:00-da Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üç nəfər (kişi cinsli) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və yerdəyişən sınıqları diaqnozları təyin olunub. Vəziyyəti orta ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxsin müalicəsi Cərrahiyyə şöbəsində, vəziyyəti orta ağır qiymətləndirilən 1999-cu il təvəllüdlü şəxsin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1993-cü il təvəllüdlü şəxsə zəruri ilkin tibbi xidmət göstərildikdən sonra öz istəyi ilə ixtisaslı tibbi xidmətdən imtina edib", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, ötən gün Göyçay-Bərguşad yolunun rayonun Cəyirli kəndi ərazisindən keçən hissəsində Göyçay rayon sakini, 1999-cu il təvəllüdlü İsmayıl Aqil oğlu Abışovun idarə etdiyi "Mercedes" markalı, 99-BL-167 dövlət nömrə nişanlı avtomobillə 1993-cü il təvəllüdlü İsmət Ağamehdi oğlu Mehdizadənin idarə etdiyi "Ford" markalı, 90-FE-648 dövlət nömrə nişanlı və Göyçay sakini, 1971-ci il təvəllüdlü Qadir Nəriman oğlu Salmanovun idarə etdiyi QAZ-53 markalı, 23-BF-332 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Nəticədə üç nəfər xəsarət alıb.


Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











