Göygöldə baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Göygöldə yol-nəqliyyat hadisəsində ölən və yaralıların kimliyi bilinib.
Avtosfer.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanından məlumat verilib.
Qəza zamanı 1988-ci il təvəllüdlü Goranboy rayonun Ağamalı kənd sakini sürücü Novruzov Elməddin Razim oğlu yaralanıb. Onun arvadı, 1991-ci il təvəllüdlü Namazova Dürdanə Rəfi qızı ölüb. 1959-cu il təvəllüdlü Namazova Gülnaz Məsim qızı və Gəncə sakini, 1987-ci il təvəllüdlü Namazova Turanə Fazil qızı yaralanıblar.
21:50
Göygöl rayonunda bir ailənin üzvləri yol qəzasına düşüb, ölən və yaralananlar var.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.
“QAZ-24” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılması nəticəsində bir nəfər vəfat edib, dörd nəfər isə xəsarət alıb. Xəsarət alanlar arasında azyaşlılar da var.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.













