Göygöldə "Chevrolet" aşdı - Yaralılar var - YENİLƏNİB

Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, xəsarət alan 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub:
"Müxtəlif bədən xəsarətləri alanların vəziyyətləri orta ağır qiymətləndirilir. Pasiyentlərin müayinə və müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir".
***
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, avtoqəza magistralın Göygöl rayonu ərazisindən keçən hissəsində baş verib.
"Chevrolet" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü G.Quluzadə, 2005-ci il təvəllüdlü A.Rzaxanova və 1991-ci il təvəllüdlü T.Babazadə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU
Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi - VİDEO
Sumqayıtda “KIA” və “Renault” toqquşdu - VİDEO
Yola baxmadan qəfil manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO
“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - VİDEO
Qıc olma keçirən sürücü maşınını digər avtomobilə çırpdı – FOTO - YENİLƏNİB
Sürət həddi qəzaya səbəb oldu - Kəməri taxmayan sürücü öldü, sərnişin isə... - VİDEO
Paytaxtda ölən motosikletçinin FOTOsu - YENİLƏNİB
Yasamalda iki eyni marşrut avtobusu toqquşdu - VİDEO
Gəncədə avtobus öncə “KIA” ilə toqquşdu, sonra ağaca çırpıldı - VİDEO
Yevlaxda ağır qəzada iki nəfər öldü - FOTO












