Göygöldə DƏHŞƏTLİ QƏZA: Bir tələbə öldü, digərləri xəsarət aldılar - FOTO - YENİLƏNİB

Göygöldə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüat bəlli olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan Fariz Məhərrəmov və Heydər Hüseynov, eləcə də qəza nəticəsində dünyasını dəyişən Ramal Qurbanzadə tələbə olublar.
Onlar Gəncə Dövlət Aqrar Universitetin tələbələridir.
Qeyd edək ki, qəza zamanı 2001-ci il təvəllüdlü Sədanur Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobillə 2006-cı il təvəllüdlü Elməddin Ələkbərovun sürücüsü olduğu VAZ-2115 markalı maşın toqquşub. Sürücülər qəzadan xəsarətsiz xilas olublar.


***
10:13
Göygöldə iki minik maşının toqquşması zamanı ölən və xəsarət alanların adları məlum olub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Bildirib ki, 2006-ci il təvəllüdlü Ramal Qurbanzadə hadisə yerində ölüb. 2006-cı il təvəllüdlü E.Ələkbərov, 2006-cı il təvəllüdlü H.Huseynov, 2006-cı il təvəllüdlü F Məhərrəmov, 1984-ci il təvəllüdlü X.Rzayev xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, qəza nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.
Əraziyə Dövlət Yol Polisinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - VİDEO - YENİLƏNİB
Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO - YENİLƏNİB
Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB
Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO
Xaçmazda ağır qəza: ÖLƏN VAR
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO
Yuxulayaraq qəza törədən sürücünün ETİRAFLARI - VİDEO
Siyəzəndə qəza: Toqquşan yük maşınları yol kənarına düşdü - VİDEO
Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI - VİDEO - YENİLƏNİB
Bakı-Ələt yolunda “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
Beyləqanda AĞIR QƏZA: Avtomobil beton maneəyə çırpıldı










