Göygöldə iki avtomobil toqquşub, eyni ailənin 4 üzvü xəsarət alıb

Göygöldə bir ailənin 4 üzvünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə-Göygöl avtomobil yolunda Naftalan şəhər sakini, 1983-cü il təvəllüdlü Bəşir Qarayevin idarə etdiyi “VAZ - 2107” markalı avtomobillə firmalardan birinə məxsus “Isuzu” markalı yük avtomobili toqquşub. Zərbənin gücündən yük avtomobili yolun kənarına aşıb. Hadisə nəticəsində “VAZ - 2107”-nin sürücüsü, onun həyat yoldaşı, 1980-ci il təvəllüdlü Mehriban Qarayeva, övladları - 16 yaşlı Fəridə və 12 yaşlı Fərhad müxtəlif bədən xəsarətləri alaraq Göygöl rayon mərkəzi xəstəxanaya yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












