Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Göygöl rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayonunun Balçılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı avtomobil əvvəlcə "VAZ-2107" markalı minik maşını ilə toqquşub, daha sonra isə yol ayırıcı dəmir maneəyə çırpılıb. Nəticədə "VAZ-2106" markalı avtomobildə olan 4 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağır, birininki isə orta-ağırdır. Onlar xəstəxanaya çatdırılıb, müalicələri davam etdirilir. "VAZ-2107" markalı minik maşınının sürücüsü isə yüngül xəsarət aldığından xəstəxanaya yerləşdirilməyib.
Yaralılardan üçünün kimliyi məlum olub. Bunlar Göygöl rayon sakini, 1992-ci il təvəllüdlü Tərzan Rauf oğlu Abdullayev, Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Hikmət Nəcəf oğlu Osmanov, 1993-cü il təvəllüdlü Kamil Musayevdir.
Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO













