Göygöldə yol qəzası; xəsarət alanlar var

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Qazax avtomobil yolunun Göygöl rayonu ərazisində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Goranboy rayon sakini Saday Əşrəf oğlu Allahverdiyev idarə etdiyi "QAZ-2124" markalı avtomobillə hərəkətdə olarkən qarşı tərəfdən gələn digər avtomobilə, daha sonra isə yol ayırıcı maneəyə çırpılıb. Nəticədə onun özü ağır, avtomobildə olan həyat yoldaşı isə yüngül xəsarət alıb. Digər avtomobildə isə xəsarət alan olmayıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, S.Allahverdiyevin bir ayağı sınıb və bədənin müxtəlif dərəcəli yaraları var. Hazırda travmatologiya şöbəsində olan yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bilgəhdə faciəli QƏZA: Sürücü və sərnişin öldülər
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO












