Güclü duman səbəbindən 45 avtomobil yol qəzasına düşüb - Rusiyada

Rusiyanın Vladivostok vilayətində güclü duman səbəbindən 45 avtomobil yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, ikinci gündür davam edən qeyri-əlverişli hava şəraiti yol nəqliyyat hadisələrinin çoxalmasına səbəb olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüntünün pis olması səbəbindən iri avtomobil magistrallarından biri bağlanılıb.
"Ötən sutka ərzində "Sedanka-Patrokl" avtomobil yolunda 45 avtomobilin əzildiyi 19 yol nəqliyyat hadisəsi baş verib. Qəzaların hər birinə səbəb sürücülərin görməsini məhdudlaşdıran güclü dumanın olmasıdır" – deyə nazirliyin məlumatında bildirilir.
Fövqəladə Hallar Nazirliyinin Uzaq Şərq regional mərkəzinin mətbuat xidmətindən isə bildiriblər ki, qəzanın ən kütləvi olan bu avtomobil yolunda 40 avtomobil toqquşub. Magistral yollarda gecədən xeyli keçənədək yerində FHN və polis dəstələri fəaliyyət göstərib. Xoşbəxtlikdən insan tələfatı olmayıb.
Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə hava şəraitinin yaxşılaşması gözlənilmir. Bununla əlaqədar yol polisi sürücülərə ehtiyatlı olmağı məsləhət görüb.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












