Güclü yağış Daşkəsəndə problemlər yaratdı – FOTO

Dünən axşam Daşkəsəndə müşahidə olunan əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daşkəsən Rayon İcra Hakimiyyətindən oxu.az-a bildirilib ki, mayın 23-də saat 18.00 radələrində rayonda güclü yağış yağıb, dolu düşüb.
Bundan sonra güclü külək qeydə alınıb. Güclü qasırğa nəticəsində Daşkəsən şəhərinin 10-dan artıq yaşayış və inzibati binasının dam örtüklərinə və rayonun yol, elektrik, rabitə təsərrüfatına, əkin sahələrinə ziyan dəyib.
Rayon sakininin fərdi minik avtomobilinin üzərinə ağac aşıb, maşın yararsız hala düşüb.
Baş vermiş təbii fəlakət barədə aidiyyəti üzrə qurumlar məlumatlandırılıb. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır.
Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO










