Günəşlidə qayda pozan avtobus “Prius”la toqquşdu - ANBAAN VİDEO
Qəzalar
24 Yanvar 2024 20:22
Oxunub 10752

Suraxanı rayonu Günəşli qəsəbəsində baş vermiş qəza anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 23-ü saat 11:47 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 46 nömrəli marşrut xətti üzrə hərəkət edən “Isuzu” markalı sərnişin avtobusuyla “Toyota Prius” markalı avtomobil toqquşub. Qəzaya səbəb avtobus sürücüsünün qayda pozması olub. Belə ki, o, dönmə nişanı olmadığı halda sol tərəfə hərəkət edib və bu zaman qarşıdan gələn avtomobilə dəyib. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













