Güzgüyə baxmayan sürücü qəza törətdi: "Nə telefona cavab verir, nə pulu ödəyir" - VİDEO
Qəzalar
21 Noyabr 2023 10:00
Oxunub 1230

Bakıda manevr qaydasını pozan sürücü qəzaya səbəb olub. Bu barədə zərərçəkmiş sürücü redaksiyamızın elektron ünvanına məlumat verib. O bildirir ki, avqustun 3-də paytaxtın Zığ şossesi ilə hərəkət edən zaman, orta zolaqla gedən 99-XC-609 qeydiyyat nişanlı "Audi" markalı avtomobilin sürücüsü sağ zolağa manevr edib. Güzgüyə baxmayan sürücü görüntünü qeydə alan avtomobili vuraraq qəzaya səbəb olub.
Zərərçəkmiş sürücü bildirir ki, qəza törədən şəxs bütün xərci öz üzərinə götürəcəyi ilə bağlı söz verdiyi üçün razılığa gəliblər. Lakin bundan sonra o, telefonlara cavab verməyərək dəymiş zərəri ödəməkdən boyun qaçırıb.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













