Hacıqabulda 3 nəfərin ölümünə səbəb olan qəzanın ANBAAN VİDEOsu (YENİLƏNİB)

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsinin daha bir videogörüntüsü yayılıb.
Avtosfer.az yanvarın 2-də rayon ərazisində Bakı-Qazax magistral yolunun Hacıqabul rayonundan keçən hissəsində “VAZ-2107” markalı avtomobilin "Mercedes" markalı nəqliyyat vasitəsinə, daha sonra digər avtomaşına çırpılmasının anbaan görüntülərini təqdim edir:
**
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan dörd nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Yanvarın 2-də Hacıqabul rayon Qədirxum ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan yeddi nəfər (dörd kişi, üç qadın cinsli) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Həkimlərin səylərinə baxmayaraq 1996-cı il təvəllüdlü Aminə Fikrət qızı Qəhrəmanovanın, 2018-ci il təvəllüdlü Günel Vilayət qızı Qəhrəmanovanın və 2016-cı il təvəllüdlü Yusif Zamin oğlu Qəhrəmanovun həyatını xilas etmək mümkün olmayıb.
Digər dörd nəfər isə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.
***
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı üçə çatıb, dörd nəfər xəsarət alıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yanvarın 2-də rayon ərazisində baş verən zəncirvari qəza nəticəsində 1996-cı il təvəllüdlü Aminə Fikrət qızı Qəhrəmanova, 2018-ci il təvəllüdlü Günel Vilayət qızı Qəhrəmanova və 2016-cı il təvəllüdlü Yusif Zamin oğlu Qəhrəmanov həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüblər.
Qeyd edək ki, ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabul rayonundan keçən hissəsində VAZ-2107 markalı avtomobil "Mercedes" markalı nəqliyyat vasitəsinə, daha sonra digər avtomaşına çırpılıb, nəticədə yeddi nəfər yaralanıb. Onlardan üçü xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi












