Hacıqabulda ağır qəza: Yük maşını baryerləri qıraraq əks yola çıxdı - VİDEO

Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
"Hadisə bu gün saat 07:15-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 98-ci kilometrliyində qeydə alınıb. Saməddin Sübhü oğlu Əhədovun idarə etdiyi MAN markalı, 88-CH-016 dövlət nömrə nişanlı yük avtomobilində nasazlıq yarandığından sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun əks istiqamətinə keçərək aşıb. Nəticədə sürücü yüngül dərəcəli xəsarət alıb", - deyə məlumatda bildirilir./oxu.az
***09:46
Bakı–Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən 98-ci kilometrliyində yük avtomobili aşıb.
Avtosfer.az xəbər verir ki, qəza zamanı sürücü idarəetməni itirərək yolun ayırıcı dəmir baryerlərini qırıb və əks hərəkət zolağına çıxıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölən yoxdur, lakin xəsarət alanlar var.
Faktla bağlı araşdırma aparılır.
Könül
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












