Hacıqabulda "Hyundai" və "06" toqquşdu, 1 nəfər öldü, 6 yaralı var - FOTO
Qəzalar 30 İyul 2021 16:31 Oxunub 7036
Hacıqabulda "Hyundai" və "06" toqquşdu, 1 nəfər öldü, 6 yaralı var - FOTO

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Hacıqabul şəhərinin mərkəzi küçəsində baş verib. Hacıqabul sakini, 1986-cı il təvəllüdlü Qocayev Elşən Zayəddin oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil Şirvan sakini, 1982-ci il təvəllüdlü Abbasova Natiqə Teyyub qızı "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində birincinin sürcüsü hadisə yerində ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar- Hacıqabul sakinləri - 2008-ci il təvəllüdlü Qocayev Nemət Qabil oğlu, 37 yaşlı Qocayeva Pərvin Qabil qızı, 2012-ci il təvəllüdlü Qocayev Əhməd Elşən oğlu , 2011-ci il təvəllüdlü Qocayeva Ruqiyyə Elşən qızı və “Hyundai” markalı avtomobilin qadın sürücüsü Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

15:27

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Hacıqabul şəhərinin mərkəzi küçəsində baş verib. "VAZ 2106" markalı avtomobillə "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh