Banner

Hacıqabulda maşın aşdı, ölən var - YENİLƏNİB

Qəzalar 30 İyun 2025 13:03 Oxunub 1170
Hacıqabulda maşın aşdı, ölən var   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 29-u, saat 05:00-da Ağsu rayonunun Padarqışlaq kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bir nəfər (kişi cinsli) Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"1999-cu il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi, sol baldır sümüklərinin açıq sınığı, sağ saidin və boyunun əzilmiş, cırılmış və sıyrılmış yaraları diaqnozları təyin edilib. Zəruri ilkin tibbi yardım göstərildikdən sonra pasiyent Bakıda fəaliyyət göstərən özəl tibb müəssisələrindən birinə təxliyə edilib", - deyə məlumatda bildirilir.

***10:56

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə iyunun 29-u saat 03-də Ağsu rayonunun Padarqışlaq kəndinin Bakı-Qazax magistral yolu istiqamətində baş verib.

"Opel" markalı 77-NK-294 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şahid Müşfiq oğlu Mənəfov qəfildən idarəetməni itirib və avtomobil hərəkət istiqaməti üzrə yolun sol hissəsinə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin Xəyal Valeh oğlu Xəlilli xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.

***10:06

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Padar Qışlaq kəndi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Şahid Müşfiq oğlu Mənəfov idarə etdiyi "Opel Astra" minik avtomobili ilə hərəkətdə olan zaman qəfil idarəetməni itirərək aşıb. Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, sərnişin, 1999-cu il təvəllüdlü Xəyal Valeh oğlu Xəlilli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh