Banner

Hacıqabulda zəncirvari qəza: “Mercedes” tamamilə sıradan çıxdı - VİDEO

Qəzalar 4 Sentyabr 2023 20:32 Oxunub 3544
Hacıqabulda zəncirvari qəza:  “Mercedes” tamamilə sıradan çıxdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hacıqabulda nəqliyyat vasitələrinin iştirakıyla zəncirvari qəza baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, yol-nəqliyyat hadisəsi dünən axşam saatlarında “Fədək” istirahət mərkəzinin qarşısında qeydə alınıb. Belə ki, 99-TU-217 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil, “Ford Transit” markalı yük maşını, 90-PD-185 dövlət nömrə nişanlı, “Chevrolet” markalı avtomobil bir-birinə çırpılıb. Qəzaya səbəb sürət həddinin yüksək olması bildirilib. Nəticədə “Mercedes” markalı avtomobil yararsız vəziyyətə düşüb. Həmçinin digər nəqliyyat vasitələri yüngül dərəcədə zədələnib. 
Qeyd edək ki, qəza zamanı xəsarət alan olmayıb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh