Hacıqabuldakı dəhşətli qəzanın görüntüləri – FOTO+VİDEO

Hacıqabulda 1 nəfərin ölümü, 7 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az eltv-yə istinadən məlumat verir ki, hadisə Bakı-Qazax yolunun 122-ci kilometrliyində qeydə alınıb. Qubadlı sakini İzzət Atakişi oğlu İsgəndərovun idarə etdiyi “MAN” markalı yük maşını Yevlax rayon sakini Elşad Süleyman oğlu Qafarovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”də olan sərnişin - 1958-ci il təvəllüdlü Sabir İsmayıl oğlu Hüseynov qəza yerində dünyasını dəyişib.
Avtomobilin sürücüsü ağır vəziyyətdə Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Minik maşınındakı Yevlax sakinləri - Aybəniz Arif qızı Hüseynova, İradə və Məshəti Qocayevalar, Ayşən Arzu qızı Haqverdiyeva, 2015-ci il təvəllüdlü Tuncay Ədalət oğlu Hüseynov və Solmaz Ədalət qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB

















