Hallı sürücü ölümlə nəticələnən qəzaya səbəb oldu - VİDEO
Qəzalar
5 Sentyabr 2023 21:18
Oxunub 812

Narkoman sürücü avtomobilin idarəsini itirərək ağır qəza törədib.
Avtosfer.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Rusiyanın əyalətlərindən birində cərəyan edib. Videodan aydın olduğu kimi, hərəkətdə olan maşın öncə əks yola çıxaraq yenidən öz zolağına qayıtmaq istəyib. Lakin bu zaman qarşıdan gələn “Qazel” markalı yük maşını ilə toqquşub. Nəticədə bir-birinə çırpılan hər iki nəqliyyat vasitəsi sıradan çıxıb. Həmçinin yük maşını ağırlığa tab gətirməyərək aşıb. Dəhşətli qəza sürücülərdən birinin ölümünə səbəb olub. Digəri isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəza törədən sürücü hadisə zamanı narkotik vasitənin təsiri altında olub.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













