"Hamımız yolda yatmışdıq, qəza anında oyandıq"

2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları qəzaya düşüb.
Qurumun avtomobili Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov və bir neçə əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, Elxan Səmədov qəza ilə bağlı danışıb. O bildirib ki, Azərbaycan Kubokunda "Qarabağ" - MOİK matçına hazırlaşmaq üçün Xankəndiyə səfər etmişdilər.
"Bununla məşğul idik. İşlərimiz çox idi. Bu səbəbdən qərara gəldik ki, Bakıdan gecə yola çıxaq. Hamımız yolda yatmışdıq, qəza anında oyandıq. Həmin anları çox xatırlamaq, bu barədə danışmaq istəmirəm. Həqiqətən çox ağır qəza idi", - Elxan Səmədov qeyd edib.
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var












