Hava limanında iki təyyarə toqquşdu - FOTO

Fransanın paytaxtı Parisin Şarl-de-Qoll hava limanında "Air France" şirkətinə məxsus "Airbus A320" təyyarəsi ilə "Boeing 777-300 ER" təyarəsi toqquşub. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Bildirilir ki, A320 Tunisə uçmağa hazırlaşıb. "Boeing 777" isə Dakaradan gəlib və enişə hazırlaşıb.
Qəzanın səbəbləri bilinmir. Məlumata görə, təyyarələr bir-birinə dəysə də sərnişinlər və ekipaj üzvlərindən xəsarət alan olmayıb. Hava limanı ərazisində iki təyyarənin toqquşmasının səbəbləri isə açıqlanmayıb.
Analoji hadisə bu ilin fevralında ABŞ-ın Detroyt şəhərində Metropoliten hava limanında da baş verib. Hadisə qanadı buz bağlayan iki təyyarə təmizlənməyə göndərilən zaman baş verib.
"American Airlines" şirkətinə məxsus "Boeing 737" təyyarəsi eyni modeldə olan və "Southwest Airlines"ə məxus hava gəmisinin quyruq hissəsinə zərblə toxunub. Hər iki təyyarə daxili uçuşlar həyata keçirirdi.

Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












