Hazırlıqdan evə gedən məktəbliləri maşın vurdu

Zaqatalada iki məktəblini maşın vurub. Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, martın 29-u axşam saat 18 radələrində Zaqatala şəhər sakini, 1990-cı il təvəllüdlü Mərhəmət Musif oğlu Səfərov idarə etdiyi “VAZ 2106” markalı, 60 BE 726 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri Azərbaycan prospekti ilə hərəkətdə olarkən, yolun kənarı ilə gedən piyadalar - Zaqatala şəhər sakinləri 2000-ci il təvəllüdlü Nihad Hüseyn oğlu Əliyevi və Nərgiz İsa qızı Məmmədovanı vuraraq hadisə yerindən qaçıb. Qəza nəticəsində xəsarət alan N. Əliyev və N. Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Keçirilmiş tədbir nəticəsində hadisəni törədən M. Səfərov tutularaq istintaqa təhvil verilib.
Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, yaralılardan N. Əliyev xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. N. Məmmədovanın vəziyyəti yüngül olduğundan ona xəstəxanada ilkin tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Məlumatda bildirilir ki, N. Əliyev və N. Məmmədova Zaqatala şəhər 1 saylı orta məktəbinin 10-cu sinif şagirdləridir. Hadisə onlar hazırlıqdan evə gedən zaman baş verib.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












